...

Nazir müavini: I sinfə qəbul Bakıda problemli ərazilərin olduğunu üzə çıxardır

Cəmiyyət Materials 14 Sentyabr 2015 12:18 (UTC +04:00)
Bakı şəhəri üzrə Təhsil İdarəsi Bakının müxtəlif yaşayış massivlərində qeyri-bərabər məskunlaşma nəticəsində şagird qəbulu ilə bağlı yaranan problemin həlli üçün təkliflərini müvafiq qurumlara təqdim edəcək.
Nazir müavini: I sinfə qəbul Bakıda problemli ərazilərin olduğunu üzə çıxardır

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Bakı şəhəri üzrə Təhsil İdarəsi Bakının müxtəlif yaşayış massivlərində qeyri-bərabər məskunlaşma nəticəsində şagird qəbulu ilə bağlı yaranan problemin həlli üçün təkliflərini müvafiq qurumlara təqdim edəcək.

Trend-in məlumatına görə, bunu təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəisi səlahiyyətlərini icra edən Ceyhun Bayramov Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

Son illərdə ölkədə baş verən müsbət demoqrafik dəyişikliklər nəticəsində şagirdlərin sayı əhəmiyyətli dərəcədə artdığını deyən C.Bayrmaov qeyd edib k, şəhərin müxtəlif yaşayış massivlərində qeyri-bərabər məskunlaşma nəticəsində Binə, Binəqədivə Sulutəpə kimi yaşayış qəsəbələrində şəbəkədə həddən artıq sıxlıq yaranıb.

Nazir müavini qeyd edib ki, bu il elektron vasitələrlə I sinfə qəbul prosesi Bakıda problemli ərazilərin müəyyənləşdirilməsinə imkan yaratdı: "Təhlil göstərir ki, məktəbə qəbulla əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Təhsil Nazirliyinə müraciətlərin böyük əksəriyyəti məhz həmin ərazilərlə bağlıdır. Yaxın günlərdə məktəbə qəbul kampaniyası başa çatdıqda bu istiqamətdə müvafiq təkliflər təqdim ediləcək".

Nazir müavini qeyd edib ki, bu günlərdə 133№li məktəb "Elitar" Gimnaziya, 150№li məktəb isə 6№li məktəb-liseylə birləşdirilib, 28 nömrəli məktəbin şagird-müəllim kontingenti 44 nömrəli məktəbə köçürülüb: "Düşünürəm ki, şəbəkənin rasionallaşdırılması işi qarşıdakı illərdə də davam etdirilməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti