...

Türkiyəli dövlət qulluqçuları Azərbaycana səfər edəcəklər

Cəmiyyət Materials 30 Sentyabr 2015 16:14 (UTC +04:00)
Türkiyəli dövlət qulluqçuları Azərbaycana səfər edəcəklər
Türkiyəli dövlət qulluqçuları Azərbaycana səfər edəcəklər

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir İlkin İzzət/

"Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət qulluğunun idarə olunmasının inkişafı və dəstəklənməsi sahələrində əməkdaşlıq Protokolu" çərçivəsində hazırlanmış və 23 yanvar 2014-cü il tarixdə Bakıda imzalanmış "Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında 2014-2015-ci illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Proqramı"na əsasən türkiyəli dövlət qulluqçuları 5 sentyabr 2015-ci il tarixdə ölkəmizə səfər edəcəklər.

Komissiyadan Trend-ə verilən məlumata görə, Türkiyə Respublikasının 4 dövlət orqanını təmsil edən 10 nəfər dövlət qulluqçusundan ibarət nümayəndə heyətinin ölkəmizə səfər etməsinin əsas məqsədi hər iki ölkənin dövlət orqanları arasında təcrübə mübadiləsinin aparılmasından ibarətdir.

Nümayəndə heyətinə Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi, Mədəniyyət və Turizm Nazirliyi, Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi və Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyinin təmsilçiləri daxildir.

5 gün davam edəcək səfər çərçivəsində Türkiyə Respublikasının nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada, Mədəniyyət və Turizm Nazirliyində, Kənd Təsərrüfatı Nazirliyində və Dövlət Dəniz Administrasiyasında olacaqlar. Qonaqlar üçün həmin orqanların ümumi təyinatını, əsas fəaliyyət istiqamətlərini əks etdirən təqdimatlar ediləcək, müvafiq dövlət orqanlarının həyata keçirdiyi mühüm layihələr barədə məlumat veriləcək.

Qeyd edək ki, türkiyəli dövlət qulluqçularının səfəri sentyabr ayının 10-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti