...

“IB Club” Gənclərin İnkişaf Mərkəzi yeni ofisini gənclərin üzünə açdı (FOTO)

Cəmiyyət Materials 5 Oktyabr 2015 11:11 (UTC +04:00)
Oktyabrın 3-də “IB Club” Gənclərin İnkişaf Mərkəzi yeni ofisinin açılışı ilə əlaqədar “NewFace” adlı mərasim təşkil edib.
“IB Club” Gənclərin İnkişaf Mərkəzi yeni ofisini gənclərin üzünə açdı  (FOTO)

Azərbaycan, Bakı, 5 oktyabr /Trend/

Oktyabrın 3-də "IB Club" Gənclərin İnkişaf Mərkəzi yeni ofisinin açılışı ilə əlaqədar "NewFace" adlı mərasim təşkil edib. Mərasim yeni ofisin açılış mərasimi, yeni korporativ imicin, yeni layihə və istiqamətlərin təqdimatından ibarət idi.

Tədbir ofisin açılışını bildirən rəmzi lentin kəsilməsi ilə başlayıb. Təqdimatı giriş sözü ilə açan Mərkəzin İcraçı Direktoru Kəmaləddin Nəzərli "IB Club" 6 ilə yaxın müddətdə keçdiyi inkişaf yolunu, gənclər üçün yaradılan imkanları qeyd edib. Daha sonra yeni loqo ilə birlikdə, maskot və bütövlükdə yeni korporativ imic tədbir iştirakçılarına təqdim olunub.

Sonra çıxış üçün söz "IB Club"un yaxın dostlarına verilib. Açılışda, Gəcnlər İdman Nazirliyin, Neftçi PF rəsmi şəxsləri, məşhur marketinq-konsultantlar və Azərbaycan Jurnalistləri Şəbəkəsi İctimai Birliyin üzvləri və digər qonaqlar çıxış etmiş, IB Club-la bağlı xoş təəssüratlarını paylaşıb.

Tədbir müddətində təxminən 1 ay öncə IB Club-un 10 000-ci üzvü olan gəncə fəxri kart və əlavə üstünlüklər təqdim olunub.

Tədbir qonaqların otaqların ziyarəti ilə davam edib. Yeni ofisin otaqları gənc ruhunda olmaqla fərqli tədbir və yarışlardan təşkil olunub.

Qeyd edək ki, "IB Club" Gənclərin İnkişaf Mərkəzi 6 Mart 2010-cu ildən fəaliyyət göstərməkdədir.

Ölkədə bu formatda fəaliyyətə başlayan ilk gənclər mərkəzi olaraq IB Club hal-hazırda 10 000-dən çox gənci ətrafında birləşdirməklə Azərbaycanın ən böyük gənclər klubudur.

Mərkəzin əsas missiyası "Öyrən, Əylən, Yaşa" olub bu istiqamətdə fəaliyyətini genişləndirməkdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti