...

Sabunçu hadisəsi ilə bağlı saxlanılanlar məhkəməyə gətirilib

Cəmiyyət Materials 6 Noyabr 2015 13:06 (UTC +04:00)
Ötən gecə Sabunçuda baş verən hadisə zamanı saxlanılan din pərdəsi altında fəaliyyət göstərən radikal qruplaşma üzvlərinin bir hissəsi artıq Sabunçu Rayon Məhkəməsinə gətirilib.
Sabunçu hadisəsi ilə bağlı saxlanılanlar məhkəməyə gətirilib

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

Ötən gecə Sabunçuda baş verən hadisə zamanı saxlanılan din pərdəsi altında fəaliyyət göstərən radikal qruplaşma üzvlərinin bir hissəsi artıq Sabunçu Rayon Məhkəməsinə gətirilib.

Trend-in əməkdaşının verdiyi məlumata görə, dünən gecə saatlarında Sabunçu Rayon Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılan şəxslərlə bağlı bu gün Sabunçu Rayon Məhkəməsində məhkəmə prosesi keçiriləcək.

Qeyd edək ki, ötən gecə Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində din pərdəsi altında fəaliyyət göstərən radikal qruplaşma üzvlərinin aksiyası keçirilib. Müsəlman birliyi hərəkatı adlanan qurumun idarə heyətinin sədr müavini kimi təqdim olunan Elçin Qasımovun polis tərəfindən saxlanılmasına etiraz edənlər Sabunçu RPİ-nin Bakıxanov qəsəbəsində yerləşən inzibati binasının qarşısına yığışıb. E.Qasımovun azad olunmasını tələb edən şəxslərin bir neçəsi polis tərəfindən saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti