...

Qazaxıstan səfiri Bakı Dövlət Universitetində olub (FOTO)

Cəmiyyət Materials 16 Noyabr 2015 14:39 (UTC +04:00)
Qazaxıstan səfiri Bakı Dövlət Universitetində (BDU) olub.
Qazaxıstan səfiri Bakı Dövlət Universitetində olub (FOTO)

Azərbaycan, Bakı, 16 noyabr /Trend/

Qazaxıstan səfiri Bakı Dövlət Universitetində (BDU) olub.

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Qazaxıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayevlə görüşüb.

BDU-nun Mətbuat və İnformasiya şöbəsindən Trend-ə verilən məlumata görə, Universitet haqqında məlumat verən rektor onun beynəlxalq əlaqələrindən bəhs edib edib. Eyni zamanda, Qazaxıstanın ali təhsil ocaqları ilə ikitərəfli əməkdaşlıqdan söz açıb. Sonra rektor Bakı Dövlət Universitetində görkəmli qazax yazıçısı və filosofu Abay Kunanbayev adına Mərkəzin fəaliyyətindən də danışıb.

Səfir Beybit İsabayev, öz nəvbəsində, xalqlarımız arasındakı qardaş və dostluq əlaqələrindən , təhsil və elm sahəsində əlaqələrin uğurlu inkişafından danışıb. O, bu il Qazax xanlığının 550 illik yubileyi olduğunu və bu münasibətlə elmi məqalələrdən ibarət kitab kolleksiyasının nəşrinin nəzərdə tutulduğunu, Abay Kunanbayevin isə 170 illik yubileyinin qeyd ediləcəyini söyləyib.

Sonda Bakı Dövlət Universitetində Qazax xanlığının 550, A.Kunanbayevin 170 illik yubileyi münasibətilə elmi konfransın və adıçəkilən kitabın təqdimat mərasiminin keçirilməsi barədə razılıq əldə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti