...

Azərbaycandakı səfirlər Parisdəki terror qurbanlarını anırlar (FOTO)

Cəmiyyət Materials 16 Noyabr 2015 15:32 (UTC +04:00)
Diplomatlar Parisdə baş vermiş terror aktlarının qurbanlarını yad etmək üçün Fransa səfirliyində açılan xatirə kitabına ürək sözlərini yazırlar.
Azərbaycandakı səfirlər Parisdəki terror qurbanlarını anırlar (FOTO)

Bakı. Elmir Murad - Trend:

Azərbaycanda akkreditasiyadan keçən səfirlər noyabrın 13-də Parisdə baş vermiş terror aktları qurbanlarının xatirəsini anmaq üçün Fransanın Azərbaycandakı səfirliyinin binasına gəliblər.

Trend-in məlumatına görə, terror qurbanlarını anmaq üçün gələn diplomatlar arasında ABŞ, Böyük Britaniya, İtaliya, Fələstin, İndoneziya, Qazaxıstan, Misirin və İordaniyanın Azərbaycandakı səfirləri, Avropa İttifaqının Bakı nümayəndəliyinin rəhbəri də var.

Baş nazirin müavini Elçin Əfəndiyev Azərbaycan hökuməti adından başsağlığı verəcək.

Həmçinin Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Katolik və Pravoslav kilsələrinin rəhbərləri, yəhudi icmasının sədri Fransa səfirliyinə gələnlər arasındadır.

Diplomatlar Parisdə baş vermiş terror aktlarının qurbanlarını yad etmək üçün Fransa səfirliyində açılan xatirə kitabına ürək sözlərini yazırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti