...

"Təmiz Şəhər" şagirdlərə köhnə geyimlərdən müxtəlif oyuncaqlar düzəltməyi öyrətdi (FOTO)

Cəmiyyət Materials 28 Noyabr 2015 17:04 (UTC +04:00)
“Təmiz Şəhər” ASC ustad dərsləri ilə şagirdlərə köhnə geyimlərdən müxtəlif oyuncaqlar düzəltməyi öyrətdi.
"Təmiz Şəhər" şagirdlərə köhnə geyimlərdən müxtəlif oyuncaqlar düzəltməyi öyrətdi (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

"Təmiz Şəhər" ASC Bakı-Oksford Məktəbinin şagirdləri üçün ustad dərsləri təşkil edib. Mütəxəssislər məktəblilərə lazımsız hesab olunan əşyalardan, tullantı materiallarından istifadə edərək əl işləri hazırlamağı öyrədiblər.

ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu cür "master-klasslar"ın keçirilməsində məqsəd şagirdlərə tullantıların azaldılması və təkrar istifadəsi vərdişlərinin aşılanması, həmçinin lazımsız hesab olunan materiallardan istifadənin mümkünlüyünün təbliğ edilməsidir.

Dərslərdə şagirdlər köhnə geyimlərdən, müxtəlif parça hissələrindən, pambıq və iplərdən istifadə edərək müxtəlif oyuncaqlar hazırladılar. Dərs zamanı uşaqlara həm əl əməyi öyrədildi, həm də bu fəaliyyətlə məşğul olarkən eyni zamanda ətraf mühitin qorunmasına da dəstək olmağın yolları göstərildi.

Bakı şəhərində tullantıların zərərsizləşdirilməsi ilə məşğul olan "Təmiz Şəhər" ASC mütəmadi olaraq ustad dərsləri formasında və fərqli layihələrlə ətraf mühitin qorunması sahəsində maarifləndirmə işləri görür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti