...

Yeni ildə Tokioya qrupla birgə səyahət (FOTO)

Cəmiyyət Materials 1 Dekabr 2015 17:02 (UTC +04:00)
Bir neçə il əvvəl Azərbaycan turistləri arasında ən çox seçilən yerlər dənizkənarı Türkiyə və Avropa şəhərləri olubsa, son zamanlar istəklər bir qədər dəyişib.
Yeni ildə Tokioya qrupla birgə səyahət (FOTO)

Bakı. Trend:

Bir neçə il əvvəl Azərbaycan turistləri arasında ən çox seçilən yerlər dənizkənarı Türkiyə və Avropa şəhərləri olubsa, son zamanlar istəklər bir qədər dəyişib. Yeni təəssüratlar axtarışında olan turistlər daha çox əvvəllər görmədiyi və qeyri-adi yerlərə üstünlük verməyə başlayıblar.

Yaponiyaya oyanan böyük marağı nəzərə alaraq "Silk Way Travel" şirkəti Tokio şəhərinə Yeni il bayramı ərəfəsində qrup turu təklif edir. Beləliklə, günəşin qalxdığı ölkəyə getmək arzusu artıq çox pul xərcləmədən yerinə yetə bilər!

Belə ki, 5 ulduzlu aviaşirkət "Qatar Airways" vasitəsilə Doxa yolu ilə gediş-dönüş, 3 ulduzlu hoteldə 6 gecə/ 7 gün (ikinəfərlik otaqda) , viza, sığorta, transfer, ekskursiya və bələdçi xidməti daxil olduğu tur 1 nəfər üçün cəmi 1849 ABŞ dollarına başa gələcək.

Qrup səyahətləri hər zaman sərfəli, maraqlı və etibarlıdır, xüsusi ilə Tokio kimi nəhəng meqapolisdə. Odur ki, dostlarınızı və yaxınlarınızı ətrafınıza yığıb sevimli Yeni il bayramını Yaponiyada müasir memarlığın şah əsərləri arasında və əzəmətli Fudziyama fonunda qarşılayın!

Yeni il turu çərçivəsində Tokioda qalma müddəti: 29.12.2015 - 04.01.2016. Tur proqramı ilə daha ətraflı şirkətin rəsmi saytında tanış ola bilərsiniz: http://swtravel.az/ru/NY-tokio.html

Otellər, aviabilet və digər turlar haqqında ətraflı məlumat üçün:

Bakı, Nizami küç. 126 А; telefon: +994 12 437 4085; email: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti