...

Rauf Mirqədirovun məhkəmə istintaqı yekunlaşdı

Cəmiyyət Materials 14 Dekabr 2015 11:37 (UTC +04:00)
Hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən qapalı prosesdə məhkəmə istintaqı bu gün yekunlaşıb.
Rauf Mirqədirovun məhkəmə istintaqı yekunlaşdı

Bakı. Samir Məmmədov - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Zerkalo" qəzetinin sabiq əməkdaşı Rauf Mirqədirovun məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən qapalı prosesdə məhkəmə istintaqı bu gün yekunlaşıb. Prokuror dekabrın 16-da R.Mirqədirova cəza istəyəcək.

Jurnalistlə bağlı istintaq Milli Təhlükəsizlik Nazirliyi tərəfindən aparılıb.

Qeyd edək ki, R.Mirqədirov 2014-cü il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Azərbaycan vətəndaşı Mirqədirov Rauf Həbibulla oğlunun Azərbaycanın suverenliyi, dövlət təhlükəsizliyi, ərazi toxunulmazlığı və müdafiə qabiliyyəti zərərinə olaraq 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək onların tapşırıqları əsasında Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparılmasında istifadə üçün ölkədəki ictimai-siyasi, hərbi sahədəki vəziyyət, həmçinin dövlət sirri təşkil edən digər məlumatları fotoşəkilllər və sxemlərlə birlikdə Ermənistan, Gürcüstan və Türkiyə ərazisində dəfələrlə görüşüb onlara verməsində əsaslı şübhələr olduğundan həmin faktla bağlı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanıb.

Ötən il aprelin 19-da saxlanılan R.Mirqədirov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bundan sonra R.Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti