...

Eldar Sabiroğlunun oğlu prokurorluq orqanlarından xaric edildi

Cəmiyyət Materials 21 Dekabr 2015 17:30 (UTC +04:00)
R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlunun oğludur.
Eldar Sabiroğlunun oğlu prokurorluq orqanlarından xaric edildi

Bakı. Trend:

Zərdab rayon prokurorluğunun müstəntiqi Rüfət Səfərov "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun 34-cü və "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi"nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric edilib.

Bu barədə Trend Baş Prokurorluğun saytına istinadən məlumat verir.

İcra və əmək intizamının, eləcə də prokurorluq əməkdaşlarına qarşı tələbkarlığın vəziyyətinin aşağı səviyyədə olması ilə əlaqədar olaraq, hazırda Baş Prokurorluğun müvafiq komissiyası tərəfindən Zərdab rayon prokurorluğunun fəaliyyəti kompleks şəklində yoxlanılır.

Qeyd edək ki, R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlunun oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti