Bakı. Samir Əli -Trend:
Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları tərəfindən növbəti əməliyyat keçirilib. Trend-in məlumatına görə, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat zamanı qəsəbə ərazisində gizlədilmiş silah-sursat aşkar edilib.
Məlumat əsasında Sabunçu rayon Polis İdarəsi və 42-ci polis bölməsi əməkdaşları qəsəbənin Tusi küçəsindəki əraziyə baxış zamanı 15 ədəd 9 mm PM markalı tapança patronu və AKM markalı, lüləsi kəsilmiş avtomat aşkar ediblər.
Faktı Sabunçu rayon Polis İdarəsi təsdiqləyərək qeyd edib ki, əməliyyat yanvarın 6-da keçirilib və hələlik faktla bağlı saxlanılan yoxdur.