...

Gəncəyə yeni taksilər gətirilib (FOTO)

Cəmiyyət Materials 7 Yanvar 2016 17:18 (UTC +04:00)
Şəhərin küçələrində "Gəncə Avropa Gənclər Paytaxtı - 2016" loqolu taksilərə rast gəlmək olur.
Gəncəyə yeni taksilər gətirilib (FOTO)

Bakı. Trend:

Gəncə artıq rəsmi olaraq Avropa Gənclər paytaxtıdır. Nizami yurdu bu il şəhərə üz tutacaq xarici qonaqları qəbul etməyə hazırlaşır.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, bu istiqamətdə daha bir yenilik edilib. Belə ki, şəhərin küçələrində "Gəncə Avropa Gənclər Paytaxtı - 2016" loqolu taksilərə rast gəlmək olur.

Bu maraqlı təşəbbüs Naxçıvan Avtomobil Zavodu tərəfindən irəli sürülüb. Müəssisədə istehsal olan "NAZ Lifan" avtomobilləri "Gəncə AGP - 2016" loqoları ilə bəzədilərək Nizami yurduna göndərilib. Hazırda şəhərdə fəaliyyət göstərən bu cür taksilərin sayı 6-dır. Gələcəkdə həmin taksilərin sayının artırılması nəzərdə tutulub.

Bu taksilərin sürücüləri vahid formadan istifadə edirlər. Qısa vaxt ərzində istismara verilməsinə baxmayaraq, taksilər şəhər sakinlərinin marağına səbəb olub.

Yaxın vaxtlarda taksilərə taksometrlər də quraşdırılacaq ki, bu da dünya təcrübəsinin Gəncədə tətbiqi deməkdir.

Sakinlərin, xüsusilə də şəhərə gələn xarici qonaqların taksilərdən istifadəsini asanlaşdırmaq üçün çağrı mərkəzinin yaradılması da planlaşdırılır.

Gəncədə yeni taksi xidməti ilə məşğul olmaq istəyənlər 11500 manat ödəməklə və ya 3 illik kreditlə "NAZ Lifan" avtomobillərini əldə edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti