...

Eldar Sabiroğlu: "Oğlum Rüfətin ev dustaqlığına buraxılmasında Prezident İlham Əliyevin xidmətləri çoxdur" (FOTO)

Cəmiyyət Materials 22 Yanvar 2016 19:17 (UTC +04:00)
"Oğlum Rüfətin barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığı ilə əvəz olunmasında Prezident İlham Əliyevin xidmətləri çoxdur".
Eldar Sabiroğlu: "Oğlum Rüfətin ev dustaqlığına buraxılmasında Prezident İlham Əliyevin xidmətləri çoxdur" (FOTO)

Bakı. Samir Əli - Trend:

"Oğlum Rüfətin barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığı ilə əvəz olunmasında Prezident İlham Əliyevin xidmətləri çoxdur".

Trend-in məlumatına görə, bunu bu gün ev dustaqlığına buraxılmış Zərdab rayon prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərovun atası, Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlu deyib.

O, qeyd edib: "Dövlət başçısı bizə qayğı ilə yanaşdı. Məhkəmə də doğru qərar çıxardı. Mən həm Prezident İlham Əliyevə, həm də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirirəm. Həmçinin media nümayəndələrinə təşəkkür edirəm ki, bizi tək buraxmadılar".

E.Sabiroğlu bir ata kimi çox sevindiyini, bununla belə, oğlunun atdığı addımla heç vaxt razılaşmadığını deyib.

Qeyd edək ki, Zərdab rayon prokurorluğunda müstəntiq işləmiş R.Səfərov bir müddət əvvəl "Prokurorluq haqqında" qanunun 34-cü və "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi"nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsilə (rüşvət alma (passiv rüşvətxorluq) - təkrar törədildikdə) cinayət işi başlanıb.

Binəqədi rayon məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti