...

“ADA” universitetinin biznes məktəbində ilk məzun günü

Cəmiyyət Materials 23 Yanvar 2016 22:08 (UTC +04:00)
“ADA” Universitetinin biznes məktəbinin ilk məzun günü keçirilib
“ADA” universitetinin biznes məktəbində ilk məzun günü

Bakı. Trend:

"ADA" Universitetinin biznes məktəbinin ilk məzun günü keçirilib. Biznesin idarə edilməsi üzrə 56 yerli və xarici məzun magistr diplomu alıb.

Trend AZƏRTAC-a istinadən məlumat verir ki, məktəbin 56 tələbəsindən 29-u "ADA" Universitetinin Niderland Krallığının nüfuzlu "Masters of Management" məktəbi ilə birgə təsis etdiyi biznesin idarəedilməsi proqramı üzrə məzun olub.

Tədbirdə çıxış edən universitetin rektoru Hafiz Paşayev bildirib ki, digər 27 nəfər məzun isə İnternational MBA, yəni beynəlxalq biznesin idarə edilməsi üzrə diplom alacaq.

Bu akademik proqram üzrə təhsilin bir hissəsi olaraq xaricdə aparıcı şirkətlərin nümayəndələrinin iştirakı ilə seminarlar da keçirilir. Beynəlxalq standartla uyğun müasir bilik və bacarıqlar verən tədris proqramının təhsil haqqının müəyyən hissəsi "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində maliyyələşdirilir.

"ADA" Universitetinin biznes məktəbinin dekanı, professor Nejdet Delener MBA proqramının dörd il iş təcrübəsi olan peşəkarlar üçün yaradıldığını vurğulayıb. Qeyd olunub ki, bu proqram Niderland Senatının üzvü, Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti Rene Van Der Lindenin təşəbbüsü ilə reallaşdırılır.

İlk məzun gününün xüsusi qonağı, "Azərsun Holdinq" Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Abdulbari Gözəl məzunları təbrik edib və universitetin təhsil sahəsindəki uğurlarından danışıb.

Məzunlar onlara göstərilən etimadı doğruldacaqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti