...

Gənclər günü ilə əlaqədar tədbirlər planı təsdiqlənib

Cəmiyyət Materials 28 Yanvar 2016 15:14 (UTC +04:00)
2 fevral – Gənclər günü ilə əlaqədar Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi bir sıra tədbirlərin keçirilməsini planlaşdırıb.
Gənclər günü ilə əlaqədar tədbirlər planı təsdiqlənib

Bakı. Trend:

2 fevral - Gənclər günü ilə əlaqədar Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi bir sıra tədbirlərin keçirilməsini planlaşdırıb. İdarədən Trend-ə verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi 2 fevral - Gənclər günü ilə əlaqədar tabeliyində olan müəssisələrdə kəçiriləcək tədbirlər planını təsdiq edib.

İdarənin tabeliyində olan mədəniyyət evləri, uşaq musiqi və incəsənət məktəbləri, kitabxanalar, muzey və mərkəzlərdə 2 fevral - Gənclər gününə həsr olunmuş sərgilər, söhbətlər, slayd-şoular, yarışmalar, dəyirmi masalar, görüşlər, tamaşalar, ekskursiyalar, məruzələr, mühazirələr və konsertlər təşkil edilib keçiriləcək.

Qeyd edək ki, 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı Sərəncama əsasən fevralın 2-i Azərbaycanda Gəncləri günü elan olunub və o gündən bəri respublika əhalisinin 30 faizindən coxunu təşkil edən Azərbaycan gəncləri bu günü qürur və təntənə ilə qeyd edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti