...

Azərbaycanın Polşadakı səfiri azərbaycanlı tələbələrlə görüşüb

Cəmiyyət Materials 28 Yanvar 2016 21:46 (UTC +04:00)

Bakı. Trend:

22 yanvar 2016-cı il tarixində Azərbaycanın Polşadakı səfirliyində səfir Həsən Həsənovun Varşava universitetlərində təhsil alan azərbaycanlı tələbələrlə görüşü keçirilib.

Trend-ə səfirliydən verilən məlumata əsasən, görüşdə səfir Azərbaycan və Polşa əlaqələrinin tarixi və hazırkı vəziyyətindən bəhs etmiş, həmçinin 2015-ci ildə Azərbaycanın Polşadakı səfirliyinin fəaliyyəti haqqında ümumi məlumat verib.

Bununla yanaşı, səfir cari il üçün qarşıda duran vəzifələr haqqında, o cümlədən fevral ayında səfirlik tərəfindən təşkil olunacaq Xocalı soyqırımına həsr olunmuş tədbirə dair məlumat verib. Eyni zamanda səfir tələbələri Azərbaycanın tarixi hadisələrinin, həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri və ölkəmizin mövqeyini Polşa ictimaiyyətinə düzgün şəkildə çatdırılması istiqamətində səyləri əsirgəməməyə və fəallıq nümayiş etdirməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti