Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycanda qəbristanlıqların istifadəsi ilə əlaqədar yeni qanun layihəsı hazırlanıb. Trend-in məlumatına görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında komitə sədri Arif Rəhimzadə deyib.
O qeyd edib ki, layihənin bələdiyyə assosasiyalarının rəhbərlərinə verilməsi planlaşdırılır ki, onlar da müzakirə etdikdən sonra öz təkliflərini versinlər: "Qanun layihəsi yaxşı olsa da, çox vəsait tələb edən məsələdir. Vəsaitin haradan və necə tapılması haqqında düşünmək lazımdır. Bu məsələ gündəm olan məsələdir".