Bakı. Trend:
Fevralın 2-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Gəncləri günü münasibətilə tədbir keçirilib. Trend-in məlumatına görə, tədbir iştirakçıları, Mərkəzin Muzey bölməsində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq ümummilli liderin əziz xatirəsini yad ediblər və foyedə rayon gənclərinin əl işlərindən ibarət sərgiylə yaxından tanış oldular.
Tədbirdə iştirak edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev,Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova,Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov, Yeni Azərbaycan Partiyası Yasamal rayon Təşkilatının sədri Tağı Əhmədov, Bakı Şəhər Gənclər və İdman baş İdarəsinin rəisi Raqif Abbasov, millət vəkili Elşad Həsənov, Olimpia çempionu Elnur Məmmədli, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famin Salmanov, 3 saylı Asan Xidmətin vətəndaşların qəbulu işinin təşkili sektorunun böyük məsləhətçisi Türkan Hacıyeva "dəyirmi masa" arxasında Gənclər gününün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunmasından, bu günün 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunmasının gəncliyə göstərdiyi diqqət və qayğının nümunəsi olduğundan və prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına təkan verdiyini və onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynadığından söz açıblar.
Sonda, tədbirdə iştirak edən ali və orta ixtisas məktəblərin Tələbə Gənclər Təşkilatlatının müxtəlif sahələrdə uğurlar qazanmış bir qrup üzvü müxtəlif diplom və hədiyyələrlə mükafatlandırılıb.