...

Azərbaycanda bələdiyyə ləğv edilir

Cəmiyyət Materials 12 Fevral 2016 14:09 (UTC +04:00)
Naxçıvan Muxtar Resbuplikasının Babək rayonunun Qoşadizə bələdiyyəsi ləğv edilir.
Azərbaycanda bələdiyyə ləğv edilir

Bakı. Azad Həsənli - Trend:

Naxçıvan Muxtar Resbuplikasının Babək rayonunun Qoşadizə bələdiyyəsi ləğv edilir.

Trend-in məlumatına görə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanuna əlavə edilmiş "Azərbaycan Respublikası bələdiyyələrin siyahısı"nda müvafiq dəyişiklik bu gün Milli Məclisin plenar iclasında qəbul edilib.

Milli Məclisin payız sessiyasında "Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" Qanuna əsasən Babək rayonunun Qoşadizə kənd inzibati ərazi dairəsi və onun tərkibindəki Qoşadizə kəndi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin dövlət reyestrindən çıxarılıb.

Qoşadizə kəndinin 658 hektar təşkil edən ərazisi Babək qəsəbəsinin inzibati ərazisinə birləşdirilib.

Bu dəyişikliyə uyğun olaraq, Qoşadizə bələdiyyəsi də ləğv edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti