...

"Gənc İstedadlar"ın "İngilis dili gecəsi" (FOTO)

Cəmiyyət Materials 16 Fevral 2016 15:54 (UTC +04:00)
Bakı Dövlət Universitetinin (BDU) “Gənc İstedadlar” liseyində “İngilis dili gecəsi” keçirilib.
"Gənc İstedadlar"ın "İngilis dili gecəsi" (FOTO)

Bakı. Trend:

Bakı Dövlət Universitetinin (BDU) "Gənc İstedadlar" liseyində "İngilis dili gecəsi" keçirilib.

Universitetin Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, liseyin 6b sinif şagirdlərinin təqdimatında baş tutan tədbir aparıcıların açılış nitqi və dövlət himninin səsləndirilməsi ilə başlayıb. Liseyin direktoru, professor Qasım Hüseynov tədbirin əhəmiyyəti və ingilis dilinin vacibliyindən danışıb, şagirdləri bu dili daha dərindən mənimsəməyə çağırıb. Professor Qasım Hüseynov tədbirin hazırlanmasındakı xidmətlərinə görə liseyin ingilis dili müəlliməsi Sevinc Mənsimzadənin zəhmətini yüksək qiymətləndirib, eyni zamanda, sinif rəhbəri Könül Şahbazovaya, müəllimlər Kəmalə Əliyeva və Mailə Məmmədovaya təşəkkürlərini bildirib.

Sonra bir-birindən maraqlı çıxışlar başlayıb. Şagirdlər "Sinderella" və "Bir qalanın sirri" tamaşalarını nümayiş etdirib, "Sarı gəlin" mahnısını ifa edib, "Azərbaycan" şeirini səsləndiriblər.

Təqdim edilən proqram iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Sonda liseyin direktor müavini Məleykə Bayramova maraqlı və məzmunlu tədbirə görə təşkilatçı və iştirakçılara minnətdarlıq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti