Bakı. Trend:
Azərbaycan Respublikası Nazirlər Kabineti "2016-2020-ci illər üçün İİV/QİÇS-lə mübarizə üzrə Tədbirlər Proqramı"nı təsdiq edib.
Trend-in məlumatına görə, Tədbirlər Proqramının məqsədi Azərbaycanda İİV infeksiyasının yayılma səviyyəsinin aşağı salınması, İİV-lə yaşayan insanların ömrünün uzadılması və həyat keyfiyyətinin yaxşılaşdırılmasıdır.
Tədbirlər Proqramının həyata keçirilməsindən gözlənilən nəticələr aşağıdakılardır: əhali, ilk növbədə İİV-ə yoluxmaya yüksəkriskli qruplar arasında İİV-in yayılma səviyyəsinin aşağı salınması; İİV-in anadan körpəyə ötürülməsi hallarının qarşısının alınması; erkən aşkarlanma, müalicə, qulluq və yardım vasitəsilə İİV infeksiyası ilə bağlı ölüm hallarının azaldılması və İİV-lə yaşayan insanların ömürlərinin uzadılması.