...

Yaponiyalı jurnalistlər Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun təşkil edilməsi səviyyəsindən çox razıdırlar (FOTO)

Cəmiyyət Materials 21 Fevral 2016 13:10 (UTC +04:00)
Yaponiyalı jurnalistlər Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun təşkil edilməsi səviyyəsindən razı qaldıqlarını bildiriblər.
Yaponiyalı jurnalistlər Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun təşkil edilməsi səviyyəsindən çox razıdırlar (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

Yaponiyalı jurnalistlər Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun təşkil edilməsi səviyyəsindən razı qaldıqlarını bildiriblər.

Yaponiyanın NTV telekanalının idman redaksiyasının rəhbəri Xitomi Xisamoto Trend-ə bildirib ki, hər şey əla təşkil edilib: "Xüsusilə yüksək təhlükəsizlik səviyyəsi xoşumuza gəldi. Media-mərkəzdə işimiz üçün yaxşı şərait var, internetin sürəti yüksəkdir".

Onun sözlərinə görə, Milli Gimnastika Arenası jurnalistlərin çox xoşuna gəlib: "Media-mərkəzdən bilavasitə arenaya düşmək üçün xeyli vaxt itirmirsən".

O qeyd edib ki, azərbaycanlı azarkeşlərin yaponiyalı gimnastları coşqu ilə salamlamağı yapon jurnalistlərini heyrətləndirib: "Açılış mərasimi çox xoşumuza gəldi. Bakını da çox bəyəndik".

NHK telekanalının idman redaksiyasını təmsil edən digər jurnalist Şuntaro Suzuki də qeyd edib ki, yarışlar gözəl təşkil edilib: "Bakıda çox gözəl müasir arena var, avadanlıqlar ən müasir texnika üzrə quraşdırılıb. Təhlükəsizlik gözlədiymizdən də yüksək səviyyədədir. İdmançılarla yaxın ünsiyyət qurmaq üçün şərait yaradılıb. Bu, Bakı yarışlarını digərlərindən fərqləndirir".

Açılış mərasiminin yüksək səviyyədə təşkil olunduğunu deyən jurnalist milli koloritin daha da çox olmasını arzuladığını bildirib: "İçəri şəhər çox xoşumuza gəldi. Burada qədim və müasir şəhərin qovuşması parlaq təəssürat yaradır".

"Kyodo News"u təmsil edən jurnalist Masaşi İnue isə bildirib ki, Yaponiya KİV-in bütün nümayəndə heyəti Dünya Kubokunun təşkil edilməsi səviyyəsindən çox razıdırlar: "Bakıdakı gimnastika arenası kimi arena heç Tokioda yoxdur. Təşkilatçılar açılış mərasiminə uşaqları cəlb etməklə düzgün addım atıblar. Açılış mərasimi çox gözəl idi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti