...

Aviasiya problemlərinin həllində gənclərin rolu müzakirə olunur

Cəmiyyət Materials 29 Fevral 2016 12:22 (UTC +04:00)
Bu gün “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, Milli Aviasiya Akademiyasının, Azərbaycan Mühəndislik Akademiyasının, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Aviasiya problemlərinin həllində gənclərin yaradıcılıq potensialı” mövzusunda gənclərin birinci elmi praktiki konfransı keçirilir.
Aviasiya problemlərinin həllində gənclərin rolu müzakirə olunur

Bakı. Trend:

Bu gün "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin, Milli Aviasiya Akademiyasının, Azərbaycan Mühəndislik Akademiyasının, "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə "Aviasiya problemlərinin həllində gənclərin yaradıcılıq potensialı" mövzusunda gənclərin birinci elmi praktiki konfransı keçirilir.

Trend AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları "Aviamodelizm" və tanınmış fizik İmaməddin Əmiraslanovun "NanoArt və Tessellation" sərgiləri ilə tanış olublar.

Sonra konfrans plenar iclasla işə başlayıb.

Tədbir iştirakçılarını salamlayan Milli Aviasiya Akademiyasının (MAA) rektoru, akademik Arif Paşayev konfransın keçirilməsinin əhəmiyyətindən danışaraq bildirib ki, tədbir çərçivəsində mühazirələr və ustad dərsləri aviasiya problemlərinin həllində gənclərin rolunu daha da artıracaq. Akademik ölkəmizdə aviasiya və kosmik sənaye sahələrinin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib.

Rəhbərlik etdiyi akademiyanın fəaliyyətindən bəhs edən A.Paşayev bildirib ki, təhsil ocağında gənc mütəxəssislərə bu sahənin sirləri ən müasir texnologiyalar əsasında öyrədilir.

Tədbirdə çıxış edən Bauman adına Moskva Dövlət Texniki Universitetinin rektoru Anatoliy Aleksandrov və digərləri də konfransın önəmindən danışıblar.

İki gün davam edəcək konfrans çərçivəsində müxtəlif mövzularda seminarların və ustad dərslərinin keçirilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti