...

Rauf Mirqədirovun növbət məhkəmə prosesinin vaxtı bilindi

Cəmiyyət Materials 3 Mart 2016 15:37 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Abid Abdinbəyovun sədrliyi ilə həbsdə olan jurnalist Rauf Mirqədirovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb.

Trend-in məlumatına görə, proses qapalı keçirilib. Vəkil Fuad Ağayev Trend-ə bildirib ki, apellyasiya şikayətinə baxılması növbəti prosesə saxlanılıb. Növbəti məhkəmə prosesi martın 16-a təyin edilib.

Qeyd edək ki, R.Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Mirqədirov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 il müddətinə azadlıqdan məhrum edilib. Qərarla razılaşmayan R.Mirqədirov apelyasiya şikayəti verib və bəraət istəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti