...

İxtisaslaşdırılmış tibbi yardımı qanuna uyğun qaydada göstərməyənlər cərimələnəcək

Cəmiyyət Materials 3 Mart 2016 14:24 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda ixtisaslaşdırılmış tibbi yardımın "Əhalinin sağlamlığının qorunması haqqında" qanunda nəzərdə tutulmuş qaydada göstərilməməsinə görə, 500 manat məbləğində cərimə tətbiq ediləcək.

Trend-in məlumatına görə, bu barədə Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında bildirilib.

Komitənin sədri Əhliman Əmiraslanov deyib ki, bununla əlaqədar İnzibatı Xətalar Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı layihə hazırlanıb. Layihə qəbul edilərək Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti