...

Rauf Mirqədirovun səhhətində ciddi problem yaranıb, beyin qan dövranı pozulub

Cəmiyyət Materials 3 Mart 2016 17:03 (UTC +04:00)
Həbsdə olan jurnalist Rauf Mirqədirovun səhhətində ciddi problemlər yaranıb.
Rauf Mirqədirovun səhhətində ciddi problem yaranıb, beyin qan dövranı pozulub

Bakı. Samir Əli - Trend:

Həbsdə olan jurnalist Rauf Mirqədirovun səhhətində ciddi problemlər yaranıb. Trend-in məlumatına görə, bu barədə R.Mirqədirovun vəkili Fuad Ağayev məlumat verib.

Vəkil bildirib ki, R.Mirqədirovun beyin qan dövranı pozulub: "Bundan başqa, onun görmə qabiliyyəti zəifləyib, yüksək qan təzyiqi var. Bununla bağlı vəsatət qaldırdım. Rauf Mirqədirov Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüldü və orada müayinə olundu. Amma təkid etsək də, onun maqnit-rezonans tomoqrafiya müayinəsi keçirilmədi".

F.Ağayev deyib ki, R.Mirqədirov hazırda həkim nəzarətində saxlanılır, müayinələrdən və saxlanma şəraitindən şikayəti yoxdur.

Qeyd edək ki, R.Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Mirqədirov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 il müddətinə azadlıqdan məhrum edilib. Qərarla razılaşmayan R.Mirqədirov apelyasiya şikayəti verib və bəraət istəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti