...

Belarus gimnastı Bakıda batut gimnastikası üzrə Dünya Kubokunda fərdi çıxışlarda qızıl medal qazanıb

Cəmiyyət Materials 6 Mart 2016 13:54 (UTC +04:00)
Belarus gimnastı Xanna Qarçonyak Bakıda batut gimnastikası üzrə Dünya Kubokunda fərdi çıxışlarda qızıl medal qazanıb.
Belarus gimnastı Bakıda batut gimnastikası üzrə Dünya Kubokunda fərdi çıxışlarda qızıl medal qazanıb

Bakı. Trend:

Belarus gimnastı Xanna Qarçonyak Bakıda batut gimnastikası üzrə Dünya Kubokunda fərdi çıxışlarda qızıl medal qazanıb.

Finalda onun göstəricisi 54,810 bal olub.

Belarusun ikinci təmsilçisi Tatyana Petrenya 54,715 balla ikinci, britaniyalı Ketrin Driskol isə 54,470 balla üçüncü olub.

Azərbaycanlı gimnast Svetlana Makştarova 20,190 balla yeddinci yerdə qərarlaşıb.

Bakıda batut gimnastikası üzrə Dünya Kuboku Milli Gimnastika Arenasında keçirilir.

Olimpiya ilinin batut gimnastikası üzrə ilk yarış mövsümünün açılışını edən Kubokda Avropa ilə yanaşı, Yaponiya, Avstraliya, eləcə də ABŞ-ı təmsil edən idmançılar iştirak edir.

Ümumilikdə, yarışlarda 17 ölkədən 77 gimnast (46 kişi və 31 qadın) fərdi və sinxron çıxış proqramında mübarizə aparır.

Yarışlar zamanı tamaşaçılar da diqqətdən kənarda qalmayacaq. Onlar müxtəlif maraqlı müsabiqələrdə iştirak edə və təşkilatçılardan mükafatlar ala biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti