...

Baş prokuror Zakir Qaralov Neftçalada vətəndaş qəbulu keçirəcək

Cəmiyyət Materials 7 Mart 2016 12:26 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il martın 11-də saat 11:00-da Neftçala rayon prokurorluğunun inzibati binasında Neftçala, Cəlilabad, Biləsuvar və Cəbrayıl rayon sakinlərini qəbul edəcək.
Baş prokuror Zakir Qaralov Neftçalada vətəndaş qəbulu keçirəcək

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il martın 11-də saat 11:00-da Neftçala rayon prokurorluğunun inzibati binasında Neftçala, Cəlilabad, Biləsuvar və Cəbrayıl rayon sakinlərini qəbul edəcək.

Bu barədə Trend-ə Baş Prokurorliğun Mətbuat Xidmətindən məlumat verilib.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Neftçala şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, onların rahatlığı üçün qəbula Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də yazıla bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti