...

Azərbaycana 33 sm qar yağdı

Cəmiyyət Materials 7 Mart 2016 12:40 (UTC +04:00)
Martın 6-sı gündüzdən 7-si səhərədək müşahidə olunmuş faktiki hava haqqında məlumat açıqlandı.
Azərbaycana 33 sm qar yağdı

Bakı. Trend:

Martın 6-sı gündüzdən 7-si səhərədək müşahidə olunmuş faktiki hava haqqında məlumat açıqlandı.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildirilib ki, əvvəlcədən xəbər verildiyi kimi martın 7-si səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, yağış yağıb, bəzi yerlərdə intensiv olub, Qubanın dağlıq ərazilərində isə qar yağıb.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 0,5-2, Lənkəran-Astara zonasında 1-7, Böyük Qafqazda 3-24, Oğuzda 41, Mərkəzi-Aran rayonlarında 2-14, Göyçayda 27, Qazax-Gəncə zonasında 1-9, Naxçıvan MR-da 3-11, Kiçik Qafqazda 1-6 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Xınalıqda 33, Qırızda 27, Ləzədə 15, Rükdə 10 sm olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti