...

Akkan Suver: Azərbaycan təkcə Qafqazda, Avropada deyil, bütün dünyada böyük nüfuza malikdir

Cəmiyyət Materials 10 Mart 2016 14:00 (UTC +04:00)
“Bu gün Azərbaycan təkcə Qafqazda, Avropada deyil, bütün dünyada böyük nüfuza malikdir".
Akkan Suver: Azərbaycan təkcə Qafqazda, Avropada deyil, bütün dünyada böyük nüfuza malikdir

Bakı. İlhamə İsabalayeva - Trend:

"Bu gün Azərbaycan təkcə Qafqazda, Avropada deyil, bütün dünyada böyük nüfuza malikdir".

Bunu Trend-ə Türkiyədən olan, Mərmərə Vəqfinin başqanı doktor Akkan Suver deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan qlobal miqyasda qəbul edilən bir dövlətdir: "Bu qəbul edilmənin ən önəmli göstəricisi Azərbaycanın multikultiralizmə verdiyi dəyərdir".

A.Suver deyib ki, bu gün Azərbaycan üçün insanları sülhə çağırması, insanlarının sülh içində rahat yaşaması əsas hədəfdir.

Bu foruma artıq 4-cü dəfə qatıldığını deyən A.Suver qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin ortaya qoyduğu çoxmədəniyyətlilik anlamı dünya üçün çox önəmlidir.

Türkiyəli nümayəndənin sözlərinə görə, 2016-cı ilin Azərbaycan tərəfindən multikulturalizm ili kimi qəbul edilməsi və Prezident İlham Əliyevin bu xəttin sənaye, iqtisadiyyat, ticarət qədər önəmli olduğunu bildirməsi Azərbaycanın sahib olduğu yüksək dəyəri ortaya qoyur.

Onun sözlərinə görə, Azərbaycanın dünyadakı yüksək etibarını bu foruma çoxlu prezident, sabiq prezidentlər, dövlət xadimləri və onlarla yanaşı, vətəndaş cəmiyyəti qurumlarının təmsilçilərinin bir araya gəlməsi sübut edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti