...

Azərbaycanda sel təhlükəsi olan çayların adları açıqlandı

Cəmiyyət Materials 17 Mart 2016 16:35 (UTC +04:00)
Azərbaycanda sel təhlükəsi olan çaylar, əsasən, Böyük Qafqazın cənub yamacının çaylarıdır.
Azərbaycanda sel təhlükəsi olan çayların adları açıqlandı

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda sel təhlükəsi olan çaylar, əsasən, Böyük Qafqazın cənub yamacının çaylarıdır. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov deyib.

Onun sözlərinə görə, bu çaylar Kiş, Girdiman və başqalarıdır: "Hər il olduğu kimi, bu il də həmin çaylarda sel təhlükəsi var. Əlbəttə, Kiçik Qafqazda da bəzi çaylar- Şəmkir, Ağstafa çaylarında, eləcə də Lənkəran-Talış zonasındakı çaylarda təhlükə var. Amma həmin çaylarla bağlı proqnozlar elə də pis deyil".

R.Məmmədov əlavə edib ki, Azərbaycanın hansı ərazisində və çaylarında sel təhlükəsinin ola biləcəyi barədə məlumatların bazası yoxdur.

İnstitut direktoru bu məlumatların da toplanılmasını vacib sayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti