...

Külli miqdarda psixotrop maddənin Azərbaycana gətirilməsinin qarşısı alınıb (FOTO)

Cəmiyyət Materials 18 Mart 2016 12:51 (UTC +04:00)
Azərbaycan gömrükçüləri əməliyyat məlumatı əsasında külli miqdarda psixotrop maddənin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsinə cəhdin qarşısını alıblar.
Külli miqdarda psixotrop maddənin Azərbaycana gətirilməsinin qarşısı alınıb (FOTO)

Bakı. Trend:

Azərbaycan gömrükçüləri əməliyyat məlumatı əsasında külli miqdarda psixotrop maddənin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Qasımlı Ramin Rauf oğlunun idarə etdiyi "Mercedes Benz-250" markalı, 10-SP-952 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Baxışdan öncə adıçəkilən vətəndaşdan üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya gömrük nəzarətinə bəyan edilməyən malların, qadağan olunmuş predmetlərin, o cümlədən narkotik vasitə və psixotrop maddələrin olub-olmadığı soruşulub. O isə üzərində və idarə etdiyi nəqliyyat vasitəsində qadağan olunmuş predmetlərin olmadığını bildirib.

Bundan sonra hal şahidlərinin iştirakı ilə Qasımlı Ramin Rauf oğlunun idarə etdiyi "Mercedes Benz-250" markalı, 10-SP-952 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin arxa oturacağının söykənəcəyinin arxasından, yəni yanacaq çəni kəsilərək düzəldilmiş gizli saxlanc yerindən 10 min 80 həb "Xanax 0,5 mg" və 2070 həb "Rivotril" adlı dərman preparatları aşkar edilərək götürülüb.

Xatırladaq ki, aşkar edilən dərman preparatları "Azərbaycan Respublikası ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr"in III Siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti