...

"Tvitter"də işarə limiti ləğv olunmur

Cəmiyyət Materials 19 Mart 2016 12:11 (UTC +04:00)
"Tvitter" mikrobloqlar servisində "bir məlumatda 140 işarə" məhdudiyyəti qüvvədə qalacaq.
"Tvitter"də işarə limiti ləğv olunmur

Bakı. Elçin Hüseynov - Trend:

"Tvitter" mikrobloqlar servisində "bir məlumatda 140 işarə" məhdudiyyəti qüvvədə qalacaq. Trendin məlumatına görə, bu barədə "Tvitter"in icraçı direktoru Cek Dorsi bildirib.

C.Dorsi bu bəyanatla vaxtaşırı KİV-də "tvit"dəki işarə limitinin ləğv olunacağına dair məlumatları təkzib edib: "Məhdudiyyət qalacaq. Bu bizim üçün yaxşı məhdudlaşdırıcıdır və lakonik olmağa imkan yaradır".

Qeyd edək ki, "bir məlumatda 140 işarə" məhdudiyyəti "Tvitter"in 2006-cı ildə yarandığı gündən qüvvədədir.

Eyni zamanda C.Dorsi etiraf edib ki, işarə limitinin aradan qaldırılması mikrobloqa yeni auditoriyanı cəlb etmək üçün yaxşı vasitədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti