...

Azərbaycanda bəzi heyvanlar süni şəraitdə çoxaldıla bilər

Cəmiyyət Materials 30 Mart 2016 14:55 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutu ölkədə bəzi heyvanların süni şəraitdə saxlanılması və çoxaldılması üçün vivariliyi inkişaf etdirmək istəyir.
Azərbaycanda bəzi heyvanlar süni şəraitdə çoxaldıla bilər

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutu ölkədə bəzi heyvanların süni şəraitdə saxlanılması və çoxaldılması üçün vivariliyi inkişaf etdirmək istəyir.

AMEA-nın Zoologiya İnstitutunun direktoru Elman Yusifov Trend-ə bildirib ki, vivarilik ilk növbədə alimlərin elmi tədiqatlarının aparılmasına imkan yaradır: "İndi biz bu elmi istqamətlə yanaşı, təsərrüfat istiqaməti də yaratmaq, qırqovul, bildirçin yetişdirmək istəyirik. Vitaminlərlə zəngin olan qırqovul və bildirçin çox dietik ət məhsuludur. Bunu yetişdirməklə büdcəmizə əlavə vəsaitin gəlməsini, eyni zamanda, həmin vəsaiti işçilərimizin sosial rifahına yönəltmək istəyirik".

E.Yusifov bildirib ki, Azərbaycanda gürzə ilanlarının yetişdirilməsini də inkişaf etdirmək olar.

İnstitut direktorunun sözlərinə görə, Azərbaycanda bir müddət əvvəl gürzə zəhərinin əldə edilməsi üçün böyük bir baza və kombinat var idi: "O zaman sənaye səviyyəsində vivari var idi, lakin o, dağıldı. İlan zəhərinin əldə edilməsi çox gəlirli bir sahədir. İlan zəhəri tibdə çox geniş istifadə edilir. Onun həm özü, həm də fraqmentləri çox dəyərlidir".

E.Yusifovun sözlərinə görə, vivariliyin inkişaf etdirilməsi üçün institutun özünün torpaq sahələrinin də olması lazımdır: "Ağsuda 140 hektara yaxın torpaq sahəmiz var idi ki, institut onları geri qaytardı. Ağsuda gürzə ilanlarının yetişdirilməsi üçün olan baza demək olar ki, tamamilə dağılıb, quru divarları qalıb. Amma artıq bizə Akademiyadan da dəstək var. İstəyirik ki, ilan zəhərini istehsal edək, onun üçün alıcı axtaraq. Yaxın vaxtlarda Türkiyəyə, İtaliyaya, Almaniyaya səfər edəcəyəm. Məqsəd həmin ölkələrdə ilan zəhəri üçün alıcılar tapmaq, onlarla niyyət protokolu imzalamaqdır. Bu, həm bizim institutun gəlirini artıracaq, həm də ölkəyə valyuta gətirəcək. Hazırkı iqtisadi durumda bu, çox önəmlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti