...

Coğrafiya İnstitutu: Azərbaycan dağıdıcı proseslərin baş verdiyi fəal dağlıq qurşaqda yerləşir (FOTO)

Cəmiyyət Materials 1 Aprel 2016 17:21 (UTC +04:00)
Azərbaycan inkişaf edən dağıdıcı proseslərin baş verdiyi fəal dağlıq qurşaqda yerləşir.
Coğrafiya İnstitutu: Azərbaycan dağıdıcı proseslərin baş verdiyi fəal dağlıq qurşaqda yerləşir (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan inkişaf edən dağıdıcı proseslərin baş verdiyi fəal dağlıq qurşaqda yerləşir. Bu amillərin qarşılıqlı təsirinin ildən-ilə fəallaşması nəticəsində sel, daşqın, zəlzələ, sürüşmə, quraqlıq, yanğın və digər bu kimi təbii dağıdıcı hadisə və proseslərin ekoloji mühitə təsiri artır.

AMEA Coğrafiya İnstitutundan Trend-ə verilən məlumata görə, bunu institutun direktoru, akademik Ramiz Məmmədov "Azərbaycan Respublikasının Fövqəladə Hallar Atlası"nın hazırlanması ilə bağlı keçirilən iclasda deyib.

Akademik bildirib ki, bu baxımdan "Azərbaycan Respublikasının Fövqəladə Hallar Atlası"nın hazırlanması zəruridir.

R.Məmmədov əlavə edib ki, ilk dəfə olaraq 2008-ci ildə "Azərbaycan Respublikasının Fövqəladə Hallar Atlası"nın yaradılması barədə təşəbbüs qaldırıb, onun tərtib etdiyi layihə dəfələrlə müxtəlif səviyyələrdə müzakirə olunub. Azərbaycanda bu atlasın yaradılması istiqamətində işlər iki il əvvəl başlayıb və Prezidentin məlum sərəncamından sonra sürətlənib.

R.Məmmədov atlasın hazırlanması üçün 200-dən artıq xəritənin tərtibinə ehtiyac olduğunu diqqətə çatdırıb.

İclasda hazırlanacaq xəritələrin sahələr üzrə bölgüsü aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti