...

Ağır qəza törədən sürücü 11 il azadlıqdan məhrum edildi

Cəmiyyət Materials 5 Aprel 2016 11:44 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələn yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Baloğlan Ağakişiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Ağır qəza törədən sürücü 11 il azadlıqdan məhrum edildi

Bakı. Samir Əli-Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələn yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Baloğlan Ağakişiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs B.Ağakişiyev 11 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, yol-nəqliyyat hadisəsi keçən il sentyabrın 17-də saat 09 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbəsində baş verib. Sumqayıt şəhər sakini Baloğlan Ağakişiyev idarə etdiyi "Ford Tranzit" markalı mikroavtobusu yolun kənarındakı yol ayırıcısına vurub. Nəticədə onun sərnişinlərindən - Xırdalan şəhər sakini Ofeliya Məmmədova, Masallı rayon sakinləri Elnur Cəfərov və Amil Abdullayev hadisə yerinə ölüb, 9 sərnişin isə xəstəxanaya yerləşdirilib.

Araşdırmalar nəticəsində o da məlum olub ki, B.Ağakişiyevin sürücülük vəsiqəsi avtobus idarə etməyə yol vermirmiş. Həmçinin, onun idarə etdiyi nəqliyyat vasitəsinin sərnişindaşıma ilə bağlı qanuni sənədi-lisenziyası olamyıb. Qəzaya düşən "Ford Transit"ə verilmiş lisenziya müddəti 2012-ci ildə başa çatıbmış və həmin vaxtdan sonra lisenziya alınmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti