...

Ağdam və Tərtərin orta məktəblərində dərslər tam bərpa edilib

Cəmiyyət Materials 6 Aprel 2016 10:41 (UTC +04:00)
Ağdam və Tərtər rayonlarının orta məktəblərində tədris prosesi bərpa olunub.
Ağdam və Tərtərin orta məktəblərində dərslər tam bərpa edilib

Bakı. Samir Əli - Trend:

Ağdam və Tərtər rayonlarının orta məktəblərində tədris prosesi bərpa olunub.

Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov Trend-ə açıqlamasında bildirib ki, artıq bu gündən etibarən rayonun bütün kəndlərində orta məktəblərdə dərslərə başlanılıb: "Təmas xəttindəki kəndlərdə qadın və azyaşlı uşaqlar öz evlərinə qaytarılıb, şagirdlər normal qaydada dərslərinə davam edirlər".

Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov isə Trend-ə deyib ki, cəbhə xəttindəki vəziyyətlə bağlı təmas xəttində yerləşən cəmi 3 kənddə orta məktəblər fəaliyyətini dayandırmışdı: "Aprelin 6-dan etibarən həmin məktəblərdə də tədris bərpa edilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti