...

Həbsdə olan MTN generalının evində işləmiş ustaların məhkəməsi başladı

Cəmiyyət Materials 11 Aprel 2016 11:11 (UTC +04:00)
Nəsimi rayon Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyevin villasında usta işləyən və həbs edilən iki qardaş – Ramil Aslanov və Vasif Aslanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb
Həbsdə olan MTN generalının evində işləmiş ustaların məhkəməsi başladı

Bakı. Samir Əli - Trend:

Nəsimi rayon Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyevin villasında usta işləyən və həbs edilən iki qardaş - Ramil Aslanov və Vasif Aslanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Trend-in məlumatına görə, hakim Samir Məmmədovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib. Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı aprelin 13-nə təyin edilib.

Qeyd edək ki, Ramil və Vasif Aslanov qardaşları barəsində Nərimanov rayon Prokurorluğunda cinayət işi başlanıb. Onlar Cinayət Məcəlləsinin 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) və 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddələri ilə təqsirli bilinərək, barələrində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti