...

Deputat: Azərbaycan idxaldan asılılığı aradan qaldırmağa qadirdir

Cəmiyyət Materials 13 Aprel 2016 09:35 (UTC +04:00)
“Azərbaycan idxaldan asılı olmayan bir ölkəyə çevrilməlidir. Bu da sözsüz ki, yerli istehsalın artırılması hesabına olmalıdır”.
Deputat: Azərbaycan idxaldan asılılığı aradan qaldırmağa qadirdir

Bakı. Elçin Mehdiyev - Trend:

"Azərbaycan idxaldan asılı olmayan bir ölkəyə çevrilməlidir. Bu da sözsüz ki, yerli istehsalın artırılması hesabına olmalıdır".

Bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, Azərbaycan əhalinin tələbatını ödəməli, müəyyən məhsulları isə xarici ölkələrə ixrac da etməlidir.

Deputat bildirib ki, Azərbaycanın idxaldan asılılığını azaltmaq üçün görüləcək əsas tədbirlərdən biri də kənd təsərrüfatının, heyvandarlığın, quşçuluq və digər sahələrin daha da inkişaf etdirilməsidir.

T.Rzayev vurğulayıb ki, bu proses bütün regionlarda həyata keçirilməlidir: "Taxılçılıq, bitkiçilik, pambıqçılıq, arıçılıq, üzümçülük daha da inkişaf etdirilməlidir. Azərbaycan elə bir iqlimə malikdir ki, burada çox sayda məhsullar becərmək, yetişdirmək olar. Yerli məhsulların istehsalını inkişaf etdirərək xaricə ixracını genişləndirə də bilərik".

Deputat əlavə edib ki, Azərbaycanda sahibkarlığın inkişafı üçün çox yaxşı şərait yaradılıb: "Bununla yanaşı, ölkədə sahibkarlığın inkişafı istiqamətində görülən işlər davam etdirilməlidir. Azərbaycanın xaricdən məhsul idxal etməməsi, yerli istehsalı genişləndirməsi üçün sahibkarlara daha əlverişli şərait yaradılmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti