...

BMT SA-nın yüksək səviyyəli toplantısında Bakı Bəyannaməsinin qəbul edilməsi planlaşdırılır

Cəmiyyət Materials 22 Aprel 2016 15:22 (UTC +04:00)
Aprelin 25-27-də Bakıda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçiriləcək.
BMT SA-nın yüksək səviyyəli toplantısında Bakı Bəyannaməsinin qəbul edilməsi planlaşdırılır

Bakı. Trend:

Aprelin 25-27-də Bakıda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 3 gün müddətində davam edəcək Forumda yüksək rəsmilərin toplantısı, 30-a yaxın sessiya keçirilməsi nəzərdə tutulmuşdur. BMT SA-nın yüksək səviyyəli toplantısında Bakı Bəyannaməsinin qəbul edilməsi planlaşdırılır.

Forumda iştirak etmək üçün Liviya Parlamentinin Nümayəndələr Palatasının üzvü Galal El-Şuheyhdi, Sloveniyanın keçmiş prezidenti Danilo Türk, İspaniyanın keçmiş baş naziri Jose Luiz Rodrigue Zapatero, Fransanın keçmiş baş naziri və keçmiş xarici işlər naziri Dominique de Villepin və Türkiyənin Avropa Birliyi üzrə keçmiş naziri Egemen Bağış Bakıya səfər edəcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin 2015-ci ilin 24 iyul tarixli Sərəncamına əsasən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti