...

İspaniyanın sabiq baş naziri: Bakı VII Qlobal Forumun keçirilməsi üçün ideal məkandır

Cəmiyyət Materials 26 Aprel 2016 13:06 (UTC +04:00)
Bakı BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçirilməsi üçün ideal məkandır.
İspaniyanın sabiq baş naziri: Bakı VII Qlobal Forumun keçirilməsi üçün ideal məkandır

Bakı. Trend:

Bakı BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçirilməsi üçün ideal məkandır.

Trend-in məlumatına görə, bunu İspaniyanın sabiq baş naziri Xose Luis Sapatero Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda deyib.

Onun sözlərinə görə, hələ 2005-ci ildə o, İspaniyanın adından belə bir alyansın yaradılmasını təklif edib: "Alyans Türkiyə ilə bir yerdə yaradıldı və bizim vəzifəmiz dialoqun inkişaf etdirilməsi və bir-birimizi anlamağa yardım etməkdir".

O əlavə edib: "Heç bir mədəniyyət, din, irq, bayraq digərlərindən yüksəkdə durmur. Biz bir yerdə işləməliyik ki, sivilizasiyaların bu alyansını yaradaq".

Onun sözlərinə görə, BMT bu problemlərin həllində kömək edə bilən aparıcı institutlardan biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti