...

BMT forumunun iştirakçısı: Azərbaycan xalqların dinc birgəyaşayışına unikal nümunədir

Cəmiyyət Materials 26 Aprel 2016 14:45 (UTC +04:00)
Azərbaycan xalqların dinc birgəyaşayışına unikal nümunədir və bu, Bakının BMT Sivilizasiyalar Alyansının Qlobal Forumunun keçirilməsi üçün məkan kimi seçilməsinə əsas verir.
BMT forumunun iştirakçısı: Azərbaycan xalqların dinc birgəyaşayışına unikal nümunədir

Bakı. Anaxanım Hidayətova, Elmira Tariverdiyeva - Trend:

Azərbaycan xalqların dinc birgəyaşayışına unikal nümunədir və bu, Bakının BMT Sivilizasiyalar Alyansının Qlobal Forumunun keçirilməsi üçün məkan kimi seçilməsinə əsas verir.

Bunu Trend-ə forumda iştirak edən Qlobal Moderatorlar Hərəkatının baş icraçı direktoru Naşarudin Mat İsa (Malayziya) deyib.

O, forumda bu gün dünyanın qarşılaşdığı qlobal çağırışların həlli yollarının tapılacağına ümidvar olduğunu bildirib: "Forum xüsusilə də gənclər üçün ən yaxşı gələcəyin qurulmasına kömək edəcək. Biz Azərbaycandan bir çox şeyləri öyrənmək istərdik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti