Bakı. Samir Əli - Trend:
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən Xatirə Əsədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, prosesdə təqsirləndirlən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə X.Əsədova 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, X.Əsədova Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddəsinə əsasən ittiham edilib.