...

Qlobal Forumda Qarabağla bağlı Azərbaycana dəstək

Cəmiyyət Materials 27 Aprel 2016 17:03 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

"Bu gün Ermənistanın Azərbaycana ehtiyacı böyükdür. Ən azı, bu regionda Ermənistan Azərbaycanla dost olmadan uzun müddət rifah içərisində yaşaya bilməz".

Trend-in məlumatına görə, bunu Türkiyənin sabiq Avropa İttifaqı işləri üzrə naziri Egemen Bağış BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində təşkil olunan "Sosial inteqrasiya sahəsində qabaqcıl metodlar" 2-ci plenar iclsında çıxışı zamanı bildirib.

Sabiq nazir bildirib ki, Ermənistan əhalisi keçmişdə olduğu kimi, Azərbaycana dost olmalıdır: "Hər kəs yaxşı bilir ki, Ermənistan əhalisi müharibə istəmir, müharibəni istəyən millətçi erməni şovinistləri və onları himayə edən xarici dairələrdir. Ona görə də Ermənistan əhalisi maksimum çalışmalıdır ki, Azərbaycanla kompromisə gəlsin".

Onun fikrincə, təkcə Ermənistana qalsaydı, onlar çoxdan Azərbaycanla mehriban yaşayardı: "Ancaq Dağlıq Qarabağ münaqişəsi Ermənistanın maraqları çərçivəsində deyil. Ermənistan rəhbərliyi Moskvadan və Parisdən aldığı göstərişlərlə hərəkət edir. Ona görə də münaqişə indiyədək həll olunmamış qalır".

E.Bağış qeyd edib ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti sıfırdır: "Hesab edirəm ki, münaqişənin tezliklə həll üçün ABŞ, Fransa və Rusiya rəhbərlikləri səyləri artırmalıdır".

Sabiq nazir deyib ki, son illər Azərbaycan sürətlə inkişaf edir, dünyada nüfuz qazanır: "Bu gün Azərbaycan təkbaşına özünü saxlayan müstəqil dövlətə çevrilib. Ancaq bunu Ermənistan haqqında söyləmək mümkün deyil. Çünki Ermənistan hələ də başqa dövlətlərdən asılıdır".

İclasda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suala cavab verən İspaniyanın keçmiş xarici işlər naziri Migel Anxel Moratinos da münaqişənin həll edilməsinin vacibliyini vurğulayıb.

O bildirib ki, artıq Dağlıq Qarabağ münaiqşəsinin həll edilməsinin zamanı çatıb: "Azərbaycanın öz ərazi bütövlüyünü qorumaq üçün legitim hüququ var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti