...

NATO-nun Beynəlxalq Dil Koordinasiya Mərkəzinin nümayəndə heyəti ilə görüş keçirilib

Cəmiyyət Materials 6 May 2016 20:30 (UTC +04:00)
NATO-nun Beynəlxalq Dil Koordinasiya Mərkəzinin (BILC) nümayəndə heyəti Xarici Dil və Tərəfdaşlıq Mərkəzi ilə əməkdaşlıq yaratmaq məqsədilə Silahlı Qüvvələrin Hərbi Akademiyasında olub.
NATO-nun Beynəlxalq Dil Koordinasiya Mərkəzinin nümayəndə heyəti ilə görüş keçirilib

Bakı. Trend:

Silahlı Qüvvələrin hərbi təhsil sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə Azərbaycan-NATO birgə fəaliyyət planına uyğun olaraq, NATO-nun Beynəlxalq Dil Koordinasiya Mərkəzinin (BILC) nümayəndə heyəti Xarici Dil və Tərəfdaşlıq Mərkəzi ilə əməkdaşlıq yaratmaq məqsədilə Silahlı Qüvvələrin Hərbi Akademiyasında olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xarici Dil və Tərəfdaşlıq Mərkəzinin əməkdaşları ilə nümayəndə heyəti arasında keçirilən görüşdə müəllimlərin təkmilləşdirilməsi, hərbi tərcüməçilərin hazırlanması, tərtib olunan STANAG test suallarının müxtəlif xarici ölkələrdə sınaqdan keçirilməsi, təlimatçı mübadiləsi, aparıcı xarici dil mərkəzləri ilə ikitərəfli əməkdaşlıq məsələləri və perspektivlər müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti