...

Bakıda Silahlı Qüvvələrin orkestrlərinin nümunəvi çıxışları təşkil olunacaq

Cəmiyyət Materials 9 May 2016 11:04 (UTC +04:00)
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və Böyük Vətən müharibəsində qələbənin 71 illiyi münasibəti ilə mayın 9-da saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində Silahlı Qüvvələrin orkestrlərinin çıxışları təşkil olunacaq.
Bakıda Silahlı Qüvvələrin orkestrlərinin nümunəvi çıxışları təşkil olunacaq

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və Böyük Vətən müharibəsində qələbənin 71 illiyi münasibəti ilə mayın 9-da saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində Silahlı Qüvvələrin orkestrlərinin çıxışları təşkil olunacaq. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, orkestrlər müəyyən edilmiş 6 nöqtədə çıxış edəcəklər:

- Dənizkənarı Milli Park;
- Azadlıq meydanı ilə üzbəüz fəvvarələrin qarşısı;
- Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev adına park;
- Zərifə Əliyeva adına park;
- Zabitlər parkı;
- Fəvvarələr meydanı.

Eyni zamanda bütün qarnizonlar və iri şəhərlərdə də hərbi orkestrlərin nümunəvi çıxışları planlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti