...

Meşə Məcəlləsinə dəyişiklik edilir

Cəmiyyət Materials 11 May 2016 09:50 (UTC +04:00)
Azərbaycanda Meşə Məcəlləsinə meşə fondu sahələrinin zəbt edilməsi ilə bağlı dəyişiklik edilir.
Meşə Məcəlləsinə dəyişiklik edilir

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda Meşə Məcəlləsinə meşə fondu sahələrinin zəbt edilməsi ilə bağlı dəyişiklik edilir.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, Meşə Məcəlləsinə dəyişikliyin edilməsini nəzərdə tutan yeni layihəyə əsasən, meşə fondu sahələrinin özbaşına tutulmasına (zəbt edilməsinə) görə cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər həmin torpaqları müəyyən edilmiş müddətdə azad etməlidirlər.

Məcəllənin hazırkı variantına görə isə, meşə fondu sahələrinin özbaşına tutulmasına (zəbt edilməsinə) görə yalnız cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər deyil, həm də inzibati məsuliyyətə cəlb edilmiş şəxslər həmin torpaqları müəyyən edilmiş müddətdə azad etməlidirlər.

Dəyişikliyin məqsədi Meşə Məcəlləsini İnzibati Xətalar Məcəlləsi ilə uyğunlaşdırmaqdır. İnzibati Xətalar Məcəlləsində torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə konkret cəza tədbirləri müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti