...

Ulu öndər Heydər Əliyevin doğum günü ilə əlaqədar regionlarda ağacəkmə aksiyaları keçirilib

Cəmiyyət Materials 10 May 2016 17:43 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyevin doğum günü ilə əlaqədar mayın 10-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublikanın rayonlarında ağacəkmə aksiyaları keçirilib.
Ulu öndər Heydər Əliyevin doğum günü ilə əlaqədar regionlarda ağacəkmə aksiyaları keçirilib

Bakı. Trend:

Ümummilli lider Heydər Əliyevin doğum günü ilə əlaqədar mayın 10-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublikanın rayonlarında ağacəkmə aksiyaları keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ulu öndərin 93-cü ildönümü ilə əlaqədar keçirilən ağacəkmə aksiyalarında nazirliyin yerli qurumlarının minlərlə əməkdaşı iştirak edib.

Ümumilikdə respublika üzrə 34 hektar ərazidə dibçəklərdə yetişdirilmiş, bütün mövsümlərdə əkilməsi mümkün olan 55 minə yaxın Eldar şamı, sərv, tuya və digər həmişəyaşıl ağac cinsləri əkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti