Bakı. Samir Əli - Trend:
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mətbuat xidmətinin rəhbəri Yaşar İsakov vəzifəsindən azad edilib.
Trend-in məlumatına görə, bu barədə Yaşar İsakov özü məlumat yayıb. O bildirib ki, öz xahişi ilə vəzifəsindən azad edilib və gələcəkdə yenidən jurnalistika fəaliyyəti ilə məşğul olacaq.
Xatırladaq ki, Y.İsakov iki il əvvəl həmin vəzifəyə təyin edilmişdi.