...

Azərbaycan və ABŞ sosial-iqtisadi sahədə əməkdaşlığı möhkəmləndirir (FOTO)

Cəmiyyət Materials 13 May 2016 13:05 (UTC +04:00)
Azərbaycan və ABŞ Samux rayonunun Qədili kənd sakinlərinin su təminatını yaxşılaşdırmaq üzrə birgə layihəni başa çatdırıblar.
Azərbaycan və ABŞ sosial-iqtisadi sahədə əməkdaşlığı möhkəmləndirir (FOTO)

Bakı. Anaxanım Hidayətova - Trend:

Azərbaycan və ABŞ Samux rayonunun Qədili kənd sakinlərinin su təminatını yaxşılaşdırmaq üzrə birgə layihəni başa çatdırıblar. Bu barədə Trend-ə ABŞ səfirliyindən məlumat verilib.

Layihə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Azərbaycan hökuməti, Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən maliyyələşdirilib.

Kənd sakinləri xeyli müddətdir əkin sahələrinin suvarılması və digər ehtiyaclar üçün su çatışmazlığı problemi yaşayırdılar.

Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) proqramının dəstəyi ilə artezianların birində 12 tonluq su çəni quraşdırılıb və biri kənd məktəbinin həyətində olmaqla icma boyu 93 krana birləşdirilib. Layihə nəticəsində kəndin 400-dən artıq sakininin həyat səviyyəsi və sanitar şəraiti yaxşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti